Batma təhlükəsi ilə üzləşən daha 1 nəfər xilas edilib

Bu gün “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda (nəzarətsiz ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

APA xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Bildirilir ki, həmin şəxs Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən sudan çıxarılıb.