Daşkəsəndə avtomobil aşıb, xəsarət alan var

Daşkəsən şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 1970-ci il təvəllüdlü Kamil Əliyev xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.