Salyan rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Sherg.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.