Şüvəlanda 55 yaşlı kişi qohumu tərəfindən döyülüb


Bakıda döyülmə hadisəsi baş verib.

Sherg.az  "Report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Şüvəlan qəsəbəsində qohumlar arasında düşən mübahisə 1966-cı il təvəllüdlü Süleymanov Kamil Cəlal oğlunun döyülməsi ilə nəticələnib.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.