Lənkəranda yeniyetmə su kanalında batıb


Lənkəranda su kanalında boğulma hadisəsi qeydə alınıb.

Bu barədə Sherg.az  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Nərimanabad kəndində 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun su kanalında batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.