Goranboyda 11 yaşlı yeniyetmə qətlə yetirilib


Goranboyda meyiti tapılan yeniyetmənin şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Goran qəsəbəsində meyiti tapılan şəxs 2010-cu il təvəllüdlü Fərid Təhməzovdur. O, qətlə yetirilib və meyiti qamışlıq əraziyə atılıb.

Hadisənin təfərrüatları və cinayətin kim tərəfindən törədildiyi araşdırılır.

Yaxınlarının dediyinə görə, o, bir neçə gün əvvəl itkin düşüb. F.Təhməzov aşura günü dini mərasimlə bağlı Gəncə şəhərinə getmək adıyla evdən çıxıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

19:15
Goranboy rayonunda naməlum meyit aşkarlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Goran qəsəbəsində tapılan meyit tibbi ekspertizaya aparılıb.

Onun şəxsiyyəti və ölüm hadisəsinin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.