Samuxda bir nəfər su kanalında batıb


Samuxda su kanalında boğulma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Alabaşlı kəndində qeydə alınıb.

Məlumata görə, bir nəfər su kanalında batıb. Onun kimliyi və hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.