15 yaşlı qızı döydülər - Polis saxladı

Ankaranın Mamak vilayətində 15 yaşındakı qız uşağı H.A-ya qarşı cinsi zorakılıqda şübhəli bilinən şəxslər saxlanılıblar.
“Sherg.az” “Haberglobal”a istinadən xəbər verir ki, 17 yaşındakı T.Y adlı qız aralarında mübahisə  olduğu H.A.-ya barışmaq təklifi edib. Görüşdükləri yerdə T.Y. oğlan dostu ilə birlikdə H.A.-nı maşına mindiriblər. T.Y. H.A-nı zorla soyundurduğu vaxt oğlan həmin anları videoya çəkib və sonradan yayıb. Həmçinin onların qızı döydükləri dəqiqələr də görüntülərdə yer alıb.
Hadisədən sonra hüquq-mühafizə orqanları işə başlayıb və şübhəliləri nəzarətə alıblar.