5 yaşlı uşaq anasını öldürdü

ABŞ-da Mikelle Cox adlı 38 yaşlı qadın 5 yaşlı oğlunun evdəki silahı ona uzadaraq atəş açması nəticəsində sinəsindən yaralanıb.
“Sherg.az” “Haberler.com”a istinadən bildirir ki, üç uşağı və sevgilisi evdə olarkən baş verən hadisədən sonra qadının sevgilisi təcili yardım çağırıb.
Xəstəxanaya çatdırılan qadını bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb. Polis araşdırma apardıqdan sonra hansısa qətl olmadığını və hadisənin 5 yaşlı uşaq tərəfindən təsadüfən törədildiyini qeyd edib.