Azərbaycanda partiya funksioneri koronavirusdan ölüb

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Yeganə Mehdibəyli bu gün səhər saatlarında vəfat edib.

"Report" xəbər verir ki, Y.Mehdibəyli koronavirusdan dünyasını dəyişib.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin.