Abşeron rayonunda yol qəzası olub.
"Report"un xəbərinə görə, hadisə rayonun Məmmədli-Kürdəxanı yolunda qeydə alınıb.
Belə ki, Fərzəliyev Saleh Əlövsət oğlu idarə etdiyi "İsuzu" markalı, 90-BF-546 dövlət nömrə nişanlı, 537 nömrəli sərnişin avtobusu ilə hərəkətə olan zaman idarəetməni itirib. Nəticədə avtobus işıq dirəyinə çırpılaraq aşıb. Sürücü və avtobusda olan bir neçə sərnişin xəsarət alıb.
![](https://static.report.az/photo/c5bd8d12-259a-3d26-8c12-3733d5200a31.jpg)
Hadisə yerinə təcili tibbi yardım maşını və polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
![](https://static.report.az/photo/11a3c421-61c4-399a-8497-ee229fb59b42.jpg)