Nəfəs borusunda tort qalan uşaq öldü

Məhəmməd 3 gün reanimasiyada qalıb

Türkiyədə 4 yaşlı Məhəmməd Abdullah faciəvi şəkildə həyatını itirib. "Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Nizip rayonunda baş verib. Evlərinin bağçasında qardaşı ilə oynayan Məhəmməd Abdullanın yediyi tort parçası qəfildən onun nəfəs borusuna düşüb. Nəfəs ala bilməyən uşaq huşunu itirib. 

Ailəsi tərəfindən Nizip Dövlət Xəstəxanasına yerləşdirilən Məhəmməd 3 gün reanimasiyada qalıb. Reanimasiya şöbəsində müalicəsi davam edən Məhəmməd dünən səhər saatlarında dünyasını dəyişib. Onun cənazəsi Ədliyyə Tibb Qurumunda aparılan yarılmadan sonra dəfn olunmaq üçün yaxınlarına təhvil verilib.