Pişik paltaryuyan maşına atılıb

Vəziyyəti fərq edəndə ev sahibi dəhşətə gəlib

Türkiyənin Artvin bölgəsi, Bolçka əyalətində qeyri-adi hadisə baş verib. Ev sahibi yorğanı yuyulmaq üçün paltaryuyan maşına atıb. Evdə bəslədiyi pişik balası isə yorğanın arasında imiş. Sahibi maşın fırlanmağa başlayarkən yorğanın arasında qaraltı görüb. Bunun pişik olduğunu anlayanda dəhşətə gəlib. 

Maşının qapağını açmağa çalışsa da, bacarmayıb. Cəld xilasetmə servisinə zəng edib. Xilasetmə əməkdaşları evə gəlib, əvvəlcə toplanmış suyu maşından xaric edib, sonra isə maşının qapağını açıb, pişiyi çıxarıblar. Pişik çətin nəfəs alırmış. Əməkdaşlardan biri pişiyə oksigen balonu ilə hava verib. Nəhayət, pişik ayılıb. Əməkdaşlar xəbərdarlıq edir ki, paltaryuyan maşını camaşırlarla yükləyərkən diqqətli olmaq lazımdır. Kiçik metal parçaları, bərk əşyalar paltaryuyan maşını xarab edə bilər.