Qazaxda məktəblini bıçaqlayanın kimliyi BİLİNDİ - YENİLƏNİB

Qazaxda məktəblini bıçaqlayanın kimliyi bilinib. 
Oxu.Az-ın məlumatına görə, Yunis Yolçuyevi bıçaqlayan şəxs 2006-cı il təvəllüdü, 10-cu sinif şagirdi Qaraca Vəliyevdir.
 Hadisə şəxsi münasibətlər zəminində baş verib. 
Q.Vəliyev Y.Yolçuyevin çiyin nahiyəsindən bir bıçaq zərbəsi endirib. Onun vəziyyəti stabildir.

13:16
Qazaxda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərdə yerləşən 2 saylı tam orta məktəbdə qeydə alınıb. 
Belə ki, 2005-ci il təvəllüdlü Yunis Yolçuyev bıçaqlanıb. 
Hadisəni Y.Yolçuyevin sinif yoldaşlarından birinin törətdiyi ehtimal edilir.