Şəkidə 54 yaşlı kişi özünü meşədə asdı

Şəkidə 54 yaşlı kişi intihar edib. 
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kiş kəndi ərazisindəki meşədə baş verib.
1968-ci il təvəllüdlün Tahir Cumayev ağacdan özünü asıb.
Qeyd edək ki, o, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsində fəhlə işləyib.
Faktla bağlı araşdırma aparılır.