Ermənistanda zəncirvari yol qəzası baş verib, 4 hərbçi yaralanıb


Ermənistanın Sunik rayonunda, Gorus yolunda zəncirvari qəza qeydə alınıb.

"Report" bu barədə "Sputnik Armeniya"ya istinadən xəbər verir.

Hadisə nəticəsində dörd müqaviləli hərbçi xəsarət alıb. Yaralılar Gorusda tibb mərkəzində yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar eyni avtomobildə olublar.

Faktla bağlı araşdırma aparılır.