Rusiyada 5,3 bal gücündə zəlzələ olub


Rusiyanın Saxalin adasının şimalında 5,3 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə "İnterfaks"a Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildiriblər.


"Fevralın 6-da yerli vaxtla saat 08:18-də (Bakı vaxtı ilə 01:18) 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Noqliki rayonunun Val kəndindən 32 kilometr şərqdə, ocağı isə 17 kilometr dərinlikdə yerləşib", - deyə məlumatda deyilir.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.