İrəvanda azərbaycanlı deputatların səfərinə etiraz olaraq aksiya keçirilib - VİDEO

İrəvanda sakinlər Azərbaycanlı deputatların səfərinə etiraz ediblər. 

Oxu.Az-ın məlumatına görə, baş verən etirazlarla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 
Belə ki, Azərbaycan Milli Məclisinin iki deputatı Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST PA çərçivəsində iclasda iştirak etmək üçün İrəvanda səfərdədirlər. 
Qeyd edək ki, etirazçıların azərbaycanlı deputatların səfərinə görə təşkil etdiyi etiraza polis müdaxilə edib.