Musiqiçi qadın nişanlısı ilə birlikdə GÜLLƏLƏNDİ

İranın Gilan əyalətinin Rəşt şəhərində Yasəmən Rəhməti adlı musiqiçi güllələnərək öldürülüb.
Sherg.az axar.az-a istinadən bildirir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, sentyabrın 4-də Rəhməti və onunla birlikdə olan nişanlısı şəhərin Pirbazar bölgəsində güllələniblər.

Şübhəlilər hadisə yerindən qaçıb. Onların saxlanılması üçün tədbirlər görüldüyü bildirilib.

Rəhməti həm də Tehran Universitetinin musiqi müəllimidir.