Gecə vaxtı okeana düşdü: Skot suitidən cəsarət alaraq xilas olmağı bacarıb

İndependent (Türkcə) yazır ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan Skot Tompson kiçik gəmi ilə okeana çıxıb. Lakin gecə vaxtı ehtiyatsızlıqdan gəmidən suya düşüb. Okean sularının ortasında qalan Skot “özümə, “nə gözəl, demək, burda mənim ölümüm gəlib. Bu gün, burda öləcəyəm”, dedim. Amma birdən fərq etdim ki, gəminin motoru işləyir və sürətlə uzaqlaşır. O zaman anladım ki, nəsə problem var”, deyir. Skot gəmiyə doğru üzməyə başlayıb. Peşəkar üzgücü olması əvvəlcə köməyinə gəlib. Lakin Skot üzdükcə gəminin də ondan uzaqlaşdığını gördükdə qorxmağa başlayıb: 

“Etiraf edim ki, qorxmağa başladım. Gəmiyə çata bilməyəcəyimi anlamışdım və bu, məni qorxudurdu. Panikaya düşdüm. “Ay, Allah, nə edəcəm?” deyə düşünərkən yaxınlıqda səs eşitdim. Ürəyim “ağzıma gəldi”. Bu, yüz faiz köpək balığıdır. Bu da son!.. Elə bu anda kiçik fok balığı (suiti) başını sudan çıxardı. Sanki mənə “dostum, burda nə edirsən?” soruşurdu. Fok balığı suya baş vuraraq təkrar-təkrar suyun səthinə çıxıb və özünü bir neçə dəfə Skotun buduna toxundurub. Sanki mənə “dostum, tez ol, cəld tərpən və yola çıx” deyirdi. Skot məhz bu suitidən cəsarət alaraq üzməyə davam edib və uzaqda görünən neft platformasına 5 saatdan sonra çata bilib. Platformada fəhlələr işləyirmiş. Skot onlara səslənib və xilas olub. Gəmini də sonra tapıb, təmir etdirib.