Heyvanxanada dəhşət...

Pələng 55 yaşlı qadını parçaladı
   İsveçrənin Sürix şəhərindəki heyvanxanada dəhşətli hadisə baş verib. “İrina” adlı pələngin qəfəsinə daxil olaraq ona qulluq etmək istəyən heyvanxana işçisi qadın yırtıcının hücumuna məruz qalıb. Qadın qəfəsə daxil olar-olmaz pələng onun üzərinə atlanaraq, qadını parçalamağa başlayıb.

Ziyarətçilərin bağırtısına heyvanxananın mühafizəçiləri qəfəsə daxil olub, qadını pələngin dişlərindən çəksələr də, həyatını xilas etmək mümkün olmayıb. Heyvanxananın rəhbəri Severin Dressen açıqlama verərək bildirib ki, pələng 5 il əvvəl bu heyvanxanada doğulub.

 İndiyədək pələngdə anormallıq, təcavüzkar davranış hiss edilməyib. Pələng nəzarətdə saxlanır. Qorxunc hadisəyə şahidlik etmiş ziyarətçilərəsə psixoloji müalicə təklif edilib. 

S.Dressen bildirib ki, uzun müddətli karantindən sonra heyvanxana ziyarətə yeni açılmışdı. Lakin bu hadisədən sonra 1 həftə qapalı qalacaq.