Bakıda 15 yaşlı qız yoxa çıxdı


Bakıda 15 yaşlı qız itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Müşviqabad qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2007-ci il təvəllüdlü F.Şamilova bir neçə gün əvvəl yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə polisə məlumat verilib. 

Qaradağ polisi yeniyetmənin axtarışlarına başlayıb.