Bakıda zəncirvari qəzada 7 nəfər xəsarət alıb


Bakıda dörd avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Balaxanı qəsəbəsində dörd avtomobilin toqquşması nəticəsində 43 yaşlı Hamlet Əmirbəyov, 23 yaşlı Elvin Daşdəmirov, 21 yaşlı Nicat Fərzəliyev, 29 saylı Yusifzadə Yaqub, 22 yaşlı Məmmədağa Kəlbəliyev və adı hələ məlum olmayan iki nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.