Göygöldə 81 yaşlı qadın intihar edib


Göygöldə ahıl qadın özünü asaraq intihar edib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhər Şadlinski küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Göygöl rayon sakini, 81 yaşlı S.Qasımovanın tövlədə asılmış meyiti tapılıb. Onun intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.