Goranboyda dəm qazından zəhərlənənlərin kimliyi məlum olub - YENİLƏNİB

Goranboyda dəm qazından zəhərlənənlərin adları məlum olub.

APA -nın yerli bürosunun məlumatına görə onlar 1970-ci il təvəllüdlü Alidə Əsgər qızı Bayramova, 2001-ci il təvəllüdlü Aygün Cahandar qızı İsmayılova, 1986-cı il təvəllüdlü Vüsalə Fərmail qızı Bayramova , 1999-cu il təvəllüdlü Məhərrəm Valeh oğlu Bayramov, 2017-ci il təvəllüdlü Sahil Saleh oğlu Bayramov, 2015-ci il təvəllüdlü Sadiq Saleh oğlu Bayramov, 1990-cı il təvəllüdlü Sahil Valeh oğlu Bayramov, 1968-ci il təvəllüdlü Valeh Bəylər oğlu Bayramov və 1994-cü il təvəllüdlü Zeynal Valeh oğludur Bayramovdur.

Onların vəziyyətinin kafi olduğu bildirilir. Məlumat görə, zəhərlənənlərin bir neçəsi toyda iştirak etmək üçün Bakı şəhərindən qonaq gəlib.

***

08.13

Goranboyda bir ailə dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

İkisi uşaq olmaqla ailənin doqquz üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstələrə tibbi yardım göstərilib,vəziyyətlərinin kafi olduğu bildirilir.