30 il həbs cəzası aldı

Qadın hamiləliyi qəsdən pozmaqda ittiham olunur

   Hadisə El-Salvadorda yaşanıb. Bu barədə “NTV.com.tr” məlumat yayıb. Məlumatda bildirilir ki, El-Salvadorda yaşayan Esme adlı qadın hamiləliyi qəsdən pozmaqda ittiham olunaraq 30 il azadlıqdan məhrum edilib. El-Salvador qanunlarına görə, hamiləliyin dayandırılması, abort bütün hallarda qadağandır və heç bir səbəb əsas olaraq qəbul edilmir. Məhkəmənin qərarı fəal qadınların təpkisinə səbəb olub. Fəallar Esmenin müdafiəsinə qalxıb. 

Etirazçılar bildirib ki, Esme 2 il əvvəl hamilə qalıb, lakin döl ana bətnində tələf olub, qadın bu səbəbdən dövlət xəstəxanalarından birində müalicə alıb. Lakin müalicə olunduğu müddətdə həbs edilib və istintaqa cəlb olunub. İnsan haqları üzrə beynəlxalq dərəcəli vəkil,  “Qadın bərabərliyi Mərkəzi”nin icracı direktoru Paula Avila-Guillen bu durumun qadın xəstəliklərindən əziyyət çəkən xanımlara cinayət işinin açılmaması məsələsində indiyədək əldə edilmiş müsbət anlaşmaya zərbə vurduğunu deyib. 

Vəkil hesab edir ki, bu cür hallar abortun cinayət hesab edilməsi presidentini dünyada genişləndirə bilər. El-Salvadorda 180 qadın abort etdirdiyinə görə həbs cəzası alıb. Bu ölkədə qadınlar qarşılaşdıqları hər hansı qadın xəstəliklərini isbat etmək məcburiyyətindədir. 

Ancaq bu halda qadınlara abort etdirməyə icazə verilir. Xəstəliyini isbatlaya bilməyənlər və abort etdirənlərsə həbsə atılır. “Yurtdaşların Qrupu” adlı qadın təşkilatı isə hamiləliyin pozulmasının qadın xəstəliyi hesab edilməsi və bu durumda abortun vacib hal almasının qanuniləşdirilməsi yönündə fəaliyyət göstərir, aborta görə cəza alan qadınların azadlığının təmini üçün çalışır.