Su vedrəsinə düşüb boğuldu


Yaş yarımlıq körpəni xilas etmək mümkün olmayıb 

    Türkiyənin Konya bölgəsində faciə yaşanıb. "Şərq" “Milliyet.com.tr”-yə istinadən xəbər verir ki, hadisə saat 10:30 radələrində Konyanın Karatay bölgəsi, Nakipoğlu Məhəlləsində baş verib. Məhəllədə yaşayan suriyalı köçkün ailənin yaş yarımlıq övladı Əbdülkərim Əl-Hac evdə oynayarkən ortalıqda qalmış su vedrəsinin içinə düşüb. Anası Rime Əl-Hac səs eşidib otağa gələndə kiçik oğlunu su vedrəsinin içində görüb. Uşağı vedrədən çıxarıb, lakin onun nəfəs almadığını fərq edib. Körpəni qucağına alaraq yaxınlıqdakı Karatay Gücləndirilmiş Köçkün Sağlıq Mərkəzinə aparıb. Lakin oradakı həkimlərin səyinə baxmayaraq uşağı həyata qaytarmaq mümkün olmayıb. Kiçik Əbdülkərimin cəsədi müayinə üçün Konya Şəhər Xəstəxanasına, ana isə ifadə vermək üçün polis şöbəsinə aparılıb.