Saxta pul satan ələ keçdi

Kiloqramını 70 lirəyə satırmış 

   İstanbul polisinin həyata keçirdiyi əməliyyat saxta pulları dövriyyəyə çıxaran şəxsin ələ keçməsiylə nəticələnib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, əməliyyat İstanbul Beyoğlu səmtində, Çukur Məhəlləsində gerçəkləşib. 

Saxta pulların kiloqramını 70 lirəyə satan şəxs də, pulları alınan şəxs də polis tərəfindən tutulub. Onlara “Türk Pulunun dəyərini qoruma qanuna qarşı” əməlinə görə cinayət işi açılıb. 

Saxta pulların dövriyyəyə buraxıldığına dair polisə məlumat  daxil olduqda polis hərəkətə keçib və saxtakarları kənardan izləyib. Ramazan Y. adlı şəxsin iş yerinə gələnlərin özləriylə saxta pul gətirdiyi məlum olub. İş yerində torbalara doldurulmuş külli miqdarda saxta pul aşkarlanıb. 

Polis pulların kimdən alındığını öyrənib və həmin şəxs də yaxalanıb.