Gəncədə qadın dərman içərək intihar etdi

Gəncədə 40  yaşlı qadın gəmiricilər əleyhinə olan dərman içərək ölüb.

Sherg.az  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.1982-ci il təvəllüdlü Əliyeva Kəmalə yaşadığı evdə gəmiriciləri öldürmək üçün istifafə olunan dərmanı içərək özünü zəhərləyib. 

Onun hansı səbəbdən intihar etməsi hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.