Əliyev: İlin sonunadək azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Biz azad edilmiş bütün torpaqlarda genişmiqyaslı proqramları icra edirik. Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır.

“Sherg.az” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı bildirib.

Bu gün, eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışının nəzərdə tutulduğunu diqqətə çatdıran dövlət başçısı deyib ki, ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək.