Toy hədiyyəsi partladı 

Hadisə zamanı 2 nəfər ölüb

  Hindistanda yeni evlənmiş cütlüyün evinə göndərilən hədiyyə qutusu partlayıb. Məlum olub ki, hədiyyə qutusunun içinə partlayıcı yerləşdirilibmiş. 

“Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, hədiyyə qutusunun partlaması nəticəsində bəy və qardaşı həlak olub. Hədiyyənin gəlinin keçmiş sevgilisi tərəfindən göndərildiyi ehtimal edilir. 

Hədiyyə kiçik olmayıb, ev kinoteatrı imiş. Hadisə Kattisqarx əyalətinin Kabirdham bölgəsində baş verib. Partlama nəticəsində 18 aylıq körpə və daha 4 nəfər də yaralanıb. Partlayıcı elektrik şəbəkəsinə qoşulma anında baş verib. Evin divarları, damı da uçulub. Araşdırma aparan əyalət polisi hədiyyənin toy evinə gəlinin keçmiş sevgilisi tərəfindən göndərildiyini müəyyənləşdirib. 

Bu şəxs artıq bir dəfə evli olduğu üçün ailə qızlarının onunla evlənməsinə razı olmayıb. Və keçmiş sevgili də gəlinə belə bir qanlı hədiyyə göndərib. Şəxs polis tərəfindən yaxalanıb.