Canavar hücum etdi

4 nəfər ağır vəziyyətdədir

  Canavar  yaşayış məskəninə hücum edib, sakinlərdən 4 nəfəri yaralayıb. Bir nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə Türkiyənin Ərzurum bölgəsində baş verib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Ərzurumun Tortum əyalətinin çöllük Kirəcli məhəlləsinin sakinləri canavarın hücumuna məruz qalıb. Məhəllədki evlərdən birinin qoyun-keçi saxlanan damına heyvanları yemləmək üçün daxil olan 6 övlad anası Dəstəgül Uğurlu qapıda canavarla üz-üzə gəlib. Canavar qadına hücum çəkib, çənəsindən yaralayıb. 

Daha sonra məhəllədə daha 2 nəfəri yaralayıb. Məhəllə sakinləri itləriylə qurdun izinə düşüblər. Və onu bir mağarada yaxalayıb, ov tüfəngi ilə vurublar. Yaralılardan 3-ü müalicə aldıqdan sonra evə buraxılıb. 

Dəstəgül Uğurun yarası ağır olduğu üçün Ərzurum mərkəzi xəstəxanasına gətirilib. Burada çənə cərrahiyyəsi klinikasında  müalicəsi davam edir. Yaralını müayinə edən həkim canavarın qadının çənə sümüyü və yumşaq  toxumalara ciddi zərər yetirdiyini bildirib. 

Öldürülmüş canavarın cəsədi laboratoriyaya təhvil verilib. Aparılan analizlər qurdun quduz olduğunu aşkarlayıb. Bu səbəbdən də yaralılara həm də quduzluğa qarşı müalicə təyin edilib. Məhəlləyə giriş-çıxış qadağan edilib.