Pilotun son 3 kəlməsi: təyyarə qəzasının sirri açıldı  


Braziliyanın Rio de Janeyro şəhərindən Fransanın paytaxtı Parisə uçan “Air France” aid airbus 1 iyun 2009-cu ildə 216 sərnişin və 12 heyətlə Atlantik Okeanının üzərindən keçərkən radardan itib. Təyyarənin qalıqları bir neçə gün sonra Braziliya sahillərində aşkarlanıb.  Məlum olub ki, təyyarə Atlantik Okeanı üzərində qəzaya uğrayıb. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, qəzayla bağlı başladılan axtarışlarda təyyarənin “qara qutusu” tapılsa da, qalıqların tapılmasına tam 2 il vaxt sərf edilib. Fransa Havaçılık Dairəsi müfəttişləri qəzayla bağlı yekun sənədi nəhayət 2012-ci ildə yayımlayıb. Sənəddə qəzanın bir neçə səbəbdən baş verdiyi açıqlanıb. Ən əsas səbəb kimi isə təyyarənin hansı hündürlükdə və hansı sürətlə uçduğunu müəyyənləşdirmək üçün istifadə edilən cihazın fırtınanın təsiri ilə buzlaması, nəticədə yanacaq itkisinin baş verdiyinin anlaşılmaması göstərilib. Pilot heyəti isə texniki nasazlığı aradan qaldırmaq üçün gərəkəni etməyib. Nasazlıq baş verdiyi zaman təyyarənin kapitanı, təcrübəli pilot Mark Duboisin istirahət dəqiqələri imiş, təyyarənin idarə edilməsi 2 gənc və təcrübəsiz pilotun David Robert və Pyer Cedric Bonin öhdəsində qalıb, onlar isə cihaz xarab olduğundan sürət və hündürlük barədə dəqiq məlumat əldə edə bilmədiklərindən təyyarəni əl sükanı ilə idarə etməyə başlayıblar və təyyarənin burnunu aşağı yönəltmək əvəzinə, yuxarı yönəldiblər. Təyyarə havada qala bilməyib və qəza qaçılmaz olub. Təyyarə 11 min 600 metr yüksəklikdən 3 dəqiqə 30 saniyə içində okeana düşüb. Tapılan “qara qutu” isə pilotların son anlardakı danışığını qeydə alıb. Köməkçi pilotlar təcrübəli pilotu köməyə çağırıblar, onun pilot kabinəsinə gəlməsi 1 dəqiqə çəkib. Pilot kabinəyə gəlsə də, təyyarəni xilas etmək artıq mümkün olmayıb. Son anlarda Robertin “Aman Allah, yerə çırpılacağıq! Bu, doğru deyil! Nə baş verir?!” çığırtısına digər pilot Bonin “lənətə gəlsin! Deyəsən, öləcəyik”, cavabı verib. Qəzaya bağlı 2011-ci ildə başladılan məhkəmə 8 il sonra sonuclanıb. Məhkəmə qəzanın pilotların səhvi ucbatından baş verdiyini təsdiqləyib, şirkətə qarşı iddiaları təsdiqləməyib. Lakin həlak olmuş sərnişinlərin doğmaları təkrar iddia qaldıraraq aviaşirkətin cəzalanmasını tələb ediblər. Amma məhkəmə yenə də “dəqiq sübutların tapılmaması” səbəbiylə “Air France” və “Airbus” u günahsız elan edib. Təyyarə qəzasında həlak olan 228 nəfərdən biri də Türkiyə vətəndaşı Fatma Ceren Necipoğludur.