43 plastik əməliyyat keçirdi

Barbiyə yox, “şeytana” döndü


  “Bu qədər də olmaz”, dedirdən bir hadisə Bağdadda yaşanıb.  Bitmək bilməyən xarici və daxili münaqişələrdən dolayı “zavallı əhali”, deyə hallarına acıdığımız İraqda öz kefində- damağında olanlar da az deyilmiş. Bağdadda bir çox proqramların aparıcısı olan 29 yaşlı Dalia Naeem Barbi gəlinciyinə bənzəmək üçün 43 plastik əməliyyat keçirib. “Ən böyük arzusu” Barbi gəlinciyinə bənzəmək olan Dalia arzusuna çatmaq üçün cərrah bıçağı altına düşməkdən çəkinməyib. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Dalia 43 plastik əməliyyat etdirib. Lakin  nəticə bərbaddır. Onun plastik əməliyyatlardan əvvəlki halını əks etdirən fotolarını, bir də hazırkı görünüşünü görənlər “bu qız Barbiyə yox, şeytana bənzəyir”, rəyini yazır. Dalia hazırkı görünüşüylə Zombiyə bənzədilir. Bənzədənlər də haqlıdır. Dalia Naeem plastik əməliyyatlar keçirib Barbi gəlinciyi olmaq və “Bağdadlı Barbi” adlanmaq istəyib. Amma sən saydığını say, gör fələk nə sayır. Dalia elə bir hala düşüb ki, “Bağdadlı Barbi” deyil, "Bağdadlı Zombi” ləqəbi qazanıb. Sosial media hesabında 1 milyon izləyicisi olan Dalia Naeemə görünüşünə görə izləyicilərdən kəskin rəylər gəlir. Ən çox da onu “şeytan Barbi” və “zombi” adlandırırlar.