Fəlakət daşının sirri: Kimin əlinə keçdisə faciə gətirdi



  Hindistanda bir tanrı heykəlinin alnından qopardığı deyilən, tarixdə bu gün də “lənətlənmiş daş” kimi haqqında danışılan qiymətli mavi almaz – Hope Diamond ona sahiblik edənlərin həyatına yalnız fəlakət gətirib. “Şərq” “Milliyet.com”a istinadən fəlakət daşının tarixçəsini təqdim edir. Rəvayətlərə görə, bu mavi almaz Hindistanda müqəddəs sayılan tanrılardan birinin tacından oğurlanıb. Mavi almaz bir çox tarixi şəxsiyyətlərin cəvahirləri arasında olub. Lakin kim ona sahiblənibsə, həyatında fəlakətlərlə, faciələrlə üzləşib. Bir neçə məşhur şəxsin faciələrlə üzləşməsi, oğurlanan mavi almazın lənətlənmiş daş olması mülahizəsini həqiqətə yaxınlaşdırır. Bəzi əşyaların uğursuzluq gətirməsi kimi batil inanclar müxtəlif ölkələrdə müxtəlif formada həmişə mövcud olub. 112 karatlıq, 22 qramdan ağır çəkisi olan mavi almaz deyilənə görə, 1600-cü illərdə Hindistandakı Şiva tanrı abidəsindən oğurlanıb. Bu almaz müharibə “Allahı” olan “tanrı Şiva”nın üçüncü gözü imiş. Daş oğurlanandan sonra guya, “tanrı Şiva” tərəfindən lənətlənib və kim ona sahib olubsa, onun da başına olmazın fəlakətlər gəlib. Bu daşın bor atomundan ibarət olduğu iddia edilir v onun digər almaz daşlardan fərqli olaraq çox parlaq olmasının da səbəbi budur. Deyilənə görə, almazı oğurlayan adam onu dövrün məşhur taciri Jean-Baptiste Tavernierə satıb. Tacir isə almazı Fransa kralı 14-cü Luiyə satıb. Bundan dərhal sonra tacir dünyasını dəyişib. Kral isə çəkisi ağır olan mavi almazı daşımağın çətin olacağını əsas gətirərək onun parçalara bölünməsini və fərqli bəzək əşyalarında istifadə edilməsini tapşırıb. Bundan sonra da ard-arda ölüm hadisələri baş verib. Əvvəlcə kralın oğlu, sonra qardaşı, daha sonra ailə üzvlərindən daha bir neçə nəfər vəfat edib. Bunu mavi daşın lənətiylə əsaslandıran kral onu boynundan çıxarır. Lakin bir müddət sonra qanqrenə mübtəla olaraq vəfat edib.  Bunun ardınca mavi almazın lənəti haqqında daha çox danışılmağa başlanıb. Lakin bu daşa sahib olmaq istəyənlər yenə də olub. 14-cü Liudən sonra mavi almaz Kral 16-cı Lyüdovik və həyat yoldaşı Mariya Antuannettaya qismət olub. Lakin hər ikisi də edam edilib. Yenə də “bu, mavi almazın lənətidirmi" sualı düşündürməyə başlayıb.  19-cu əsrdə mavi almazla birlikdə bir çox digər qiymətli cəvahirat da Fransa kral mülkündən oğurlanıb. Bu daşlara daha sonra İngiltərədə rast gəlinib. Fərqli şəxslər mavi almaza sahib olub. Hendriks Falls, ingilis bankir Tomas Hope… Mavi almazın sahibləri arasında Osmanlı sultanı II Əbülhəmid də var. Deyilənə görə, sultan bu daşı 1908-ci ildə yarım milyon dollara satın alıb. Növbəti ildə isə taxtdan endirilib. Mavi almazı sultana satmış rum zərgər də qəzada vəfat edib. II Əbdilhəmidin “mavi almazı” kimi tanınan daş 1900-cü illərdə ləl-cəvahirat kolleksioneri Pyer Cartiyer tərəfindən satın alınıb. Daş mücəvhər aşiqini öldürməsə də, müflis edib. Və bu dəfə daş amerikalı zəngin qadın Evalyn Valsh Macleanın əlinə keçib. Qadın mavi almaz daşlı boyunbağıdan heç ayrılmayıb. Lakin əvvəlcə  9 yaşlı oğlu, ardınca da qızı vəfat edib. Həyat yoldaşı psixiatriya  xəstəxanasına yerləşdirilib. Qadının özü vəfat etdikdən sonra isə mavi almaz başqa bir zəngin şəxsə Harri Vinstona qismət olub. Bu şəxs daha ağıllı hərərkət edib. Mavi almazı 1958-ci ildə ABŞ-dəki “Smithsonian” İnstitutunun muzeyinə hədiyyə edib. İndi bu daş muzeydə saxlanılır və nümayiş olunur.