Olmaz belə eşq… - Sevdiyi qadını məzardan çıxarıb..."

 ABŞ Dəniz Donanması Xəstəxanasında radioloq olaraq çalışmış Carl von Coselin əsl kimliyi illər sonra üzə çıxıb. Məlum olub ki, xəstəxana heyətinin Carl von Cosel kimi tanıdğı adam əslində 1877-ci ildə Almaniyada anadan olmuş, 1926-cı ildə ABŞ-yə köçərək Floridada yaşamağa başlayan, 1927-ci ildə isə başqa birisinin adı altında Dəniz Donanması Xəstəxanasında işə düzələn Carl Tanzlerdir. Lakin radioloq-həkim Carl Tanzler ismini dəyişdirməkdən daha çox, sevdiyi qadını məzardan çıxarıb ölü ilə uzun həyat yaşamasıyla məşhurlaşıb. “Şərq” “Milliyet.com”a  istinadən xəbər verir ki, vərəm diaqnozuyla xəstəxanaya yerləşdirilən Mariya Elena Milagro de Hoyosu görən andan həkim “bu, mənim yuxularıma gələn, gözlərimin önündən getməyən həmin qadındır”, deyərək ona aşiq olub. Həkim bu qadını həqiqətənmi yuxularında görmüşdü? Mariya da kəşməkeşli həyat yaşayıb. Kiçik bacısı vərəmə yoluxaraq vəfat edib. Mariya ailə qurub, lakin övladı olmadığından həyat yoldaşı onu tərk edib. Mariya bir müddət sonra vərəmə yoluxub və Dəniz Donanması Xəstəxanasında müalicə almağa başlayıb. Həkim-radiloq da Mariyanı burada görüb. Onunla tanışlığı isə Mariyanın həyatını tamam başqa istiqamətə yönəldib. Carl Tanzler Mariyanı görən kimi “bundan əvvəl mənimlə yuxularda danışan qadın budur! Saçları da eynilə bu cür idi”, düşünərək Mariyaya aşiq olub. Ona bahalı geyimlər, cəvahiratlar hədiyyə etməyə başlayıb. Lakin Mariya həkimin məhəbbətinə cavab verməyib. Gənc qadın 1931-ci ildə həkimin bütün səylərinə baxmayaraq, 22 yaşında xəstəlikdən vəfat edib. Onun ölümü Carlı sarsıdır, qadının məzarı başından günlərlə ayrılmır, sevdiyi mahnıları hər gün məzar başında səsləndirir. Həkim deyirmiş ki, sevdiyi qadının ruhu ona görünür, məzardan ona səslənir, onu bu həbsxanadan – məzardan çıxarmasını xahiş edir.  Bir müddət sonra isə  inanılmaz hadisə baş verib. Carl qadının məzarını açaraq cəsədi oradan çıxarıb öz evinə aparıb. Burada həkim cəsədin sümüklərini iplərlə bir-birinə birləşdirib, gözlərinin yerinə şüşədən süni gözlər yerləşdirib. Cəsəd çürüməyə başladığında onu bal mumu və təmir işlərində istifadə olunan ağ alçı sürtülmüş bez parça ilə örtərək qorumağa çalışıb. Həkim cəsədlə sanki canlıdır kimi davranır, onunla danışır, geyindirir, boynuna qızıl boyunbağı taxır.

 Hətta Mariyanın anasından aldığı saçlardan parik də düzəldərək cəsədin baş hissəsinə  keçirib. Cəsədin qoxusu ətrafa yayılmasın deyə bol miqdarda dezodorant və  ətirdən istifadə edib. Bütün qəsəbə həkimin tez-tez qadın geyimləri aldığını, gəlinciyə oxşar bir əşya ilə rəqs etdiyindən danışırmış. 

Qəsəbə sakinlərində həkimin cəsədi məzardan çıxardığına dair şübhələr də olub. Lakin kimsə bunu dilə gətirməyib. Bu xəstə təxəyyül 9 il davam edib. Mariyanın həyatda qalan digər bacısı Florinda şayiələri eşidib və həkimin mənzilinə gəlib. Həkimin yatağında bacısının cəsədini görüb. Həkim cəsədə qarşı hörmətsizlik əməlinə görə məsuliyyətə cəlb edilib. 

Mariyanın cəsədi isə pataloji müayinədən sonra Key Vest Lopez mərasim evinə gətirilib, sonra da məzarlıqda dəfn edilib. Həkim isə xəstə sevgisindən xilas ola bilməyib və ömrünün son illərini Mariyanın üz cizgilərini xatırladan maska taxılmış heykəllə keçirib, nəhayət, 75 yaşında vəfat edib.