Dilarə Əliyeva ilk dəfə danışdı:“Oqtay məni görsə, bağışlamazdı”

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevin ölümündən sonra ilk dəfə efirə çıxıb. 
“Sherg.az” xəbər verir ki, o, mərhumla bağlı danışarkən göz yaşlarını saxlaya bilməyib. D. Əliyeva deyib ki, özünü ələ almağa çalışır:
“Gücümü toplamaq, özümü toxtamaq istəyirəm. Oqtayın ruhunu yalnız belə şad edə bilərəm. O, göz yaşlarını,pessimistliyi və neqativliyi sevmirdi, danışıb gülməyən adamdan uzaq gəzirdi. Çox çalışıram. O gücü dartıb çəkə bilmədiyim anlar olur. Lakin cəhd edirəm. Anlayıram ki, mən o vəziyyətə düşsəm, Oqtay məni görsə, bağışlamazdı”.