13 yaşlı uşaq 66 nəfəri xilas etdi - FOTOLAR

Sürücüsünün sükan arxasında qəflətən halı pisləşib

ABŞ-in Miçiqan ştatında məktəblilərə xidmət edən avtobusun sürücüsünün sükan arxasında qəflətən halı pisləşib və bayılıb. Sürücünün idarəetməni itirdiyi görən 13 yaşlı şagird Dillon Reeves sürücüyə yaxınlaşaraq avtobusu idarə etməyə başlayıb. 

“Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, 13 yaşlı şagird sükanı əlinə alaraq avtobusu kənara çəkərək saxlayıb. Avtobusun salonunda 66 şagird olub. D.Reevesin ayıqlığı və avtomobil idarəetmə bacarığı 66 nəfərin həyatını xilas edib. Bu əməlinə görə Dillon “Amerika qəhrəmanı” elan eidlib. Yerl polis hadisəni araşdrmaq üçün video-müşahidə kameralarını incələyib. Dillonun təhsil aldığı məktəbə polis tərəfindən belə bir məzmunda məktib göndərilib: “Sürətli düşünən 7-ci sinif şagirdi, sürücünün ağır vəziyyətdə olduğunu görüncə, avtobusun ön hissəsinə keçib və avtobusun rahat bir şəkildə durdurulmasına yardım edib. 13 yaşlı uşağın bu davranışından böyük qürur duyuruq”. Polis geniş bir tədbir keçirərək Dillon və ailəsinə təşəkkür edib.