Jurnalist Əməkdar artisti efirdə sürüyüb?- “Məni sürüyə bilməzsən” 

Əməkdar artist Mehriban Xanlarova və jurnalist Anar Vəziroğlu arasında dava düşüb. 
“Sherg.az” xəbər verir ki, onlar “bizimləsən” proqramında qonaq olarkən sözləri çəp gəlib. 
Buna səbbə isə A. Vəziroğlunun iştirakçılardan birini tənqid etməsi olub:

“Üzeyir Hacıbəyov kimi dahi insan heç yerdə demədi ki, mən Üzeyir Hacıbəyovam. Niyazi rəhmətlik də onun kimi, Şövkət Ələkbərova başı aşağı gəzirdi. Nə Əməkdar artistsən, nə Xalq artistisən, heç nə deyilsən, deyirsən ki, Roza kimdi, filankəs kimdir. İddian aşağı olsun, sən dağıdırsan”.

M. Xanlarova isə onunla razılaşmayaraq özündən çıxıb: 

“İddialı ol. Səsin var? Bəli. Bu kişinin qızının səsi var, haradan desən, oradan oxuyur. Mən Mehriban Xanlarovayam gedirəm, çıxsın qarşıma bir aktrisa. Mən mənəm”.

Bu zaman A. Vəziroğlu  Xanlarovanı nəzərdə tutaraq “Bunun verdyi tövsiyə belə olacaq. Mən jurnalistəm, onu yıxıb-sürüyün”, - deyə, bildirib. 

Aktrisa jurnalistin bu sözlərinə daha da qəzəblənib:

“Sən məni sürüyə bilməzsən. Bəlkə ona gücün çatar, mənə yox”.