Eldar Əzizov Xətaidə yanğının baş verdiyi əraziyə gəlib - YENİLƏNİB-2

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə baş verən yanğın yerinə gəlib.

"Report" xəbər verir ki, ərazidə yanğınsöndürmə əməliyyatları davam edir.

FHN-nin yaydığı məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın qısa müddətdə tam nəzarətə götürülüb, ətraf ərazilər üçün hər hansı təhlükə yoxdur.

22:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.