Qanunsuz partlayıcı maddələr hazırlayanlara qarşı cinayyət işi açılıb

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə “Qranit QP” MMC-nin direktoru Rübabə Mürşüdova, həmin müəssisənin digər məsul əməkdaşları Ramil Həsənov və Xudaverdi Həsənəliyevin qabaqcadan əlbir olaraq, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz olaraq partlayıcı maddələr hazırlayaraq satmaları və bununla da onlar tərəfindən Dövlətin və Cəmiyyətin qanunla qorunan mənafelərinə zərər vurulduğu təsdiq olunmuşdur.


Sherg.az xəbər verir ki, adları çəkilən şəxslərin cinayət əməlləri istintaq zamanı araşdırılan sübutlarla təsdiq olunduğundan onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220.2.1 (qanunsuz olaraq silah hazırlama) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülmüş və cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunmaları məqsədi ilə barələrində olan cinayət işi baxılması üçün Goranboy rayon Məhkəməsinə göndərilmişdir. Hazırda həmin cinayət işinə Goranboy rayon Məhkəməsində baxılır.

Qeyd edilməlidir ki, “Qranit QP” müəssisəsi tərəfindən bu müəssisəyə verilmiş lisenziyanın da tələbləri kobud şəkildə pozulduğundan istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müvafiq təqdimat da göndərilmişdir. 

Turan