Damda çılpaq adam: Polisin siqnal səsini eşidib qaçdı

Türkiyənin Düzce bölgəsində bir binanın damında çılpaq uzanan və günəş vannası qəbul edən şəxs xəbər alan polis maşınının siren səsini eşidib qaçıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Cedidiye məhəlləsində 3 mərtəbəli yaşayış binasının damında çılpaq uzanıb günəş vannası qəbul edən kişini görənlər vəziyyəti polisə xəbər verib. 



Hadisə yerinə gələn polis qrupunun sirenini eşidən şəxs damdan enərək mənzilə doğru geyinib və qaçıb. Polis həmin şəxsi tutmaq üçün əməliyyata başlayıb.

Turan