Lənkəranda iki avtomobil toqquşub

Lənkəranda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran–Boradigah yolunun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “Niva”da olan 4, “Mersedes”də olan 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkərən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.