Narkotik aludəçisi qardaşını yatarkən öldürüb

Türkiyənin Qaziantep çəhərində narkotik aludəçisi Ömər Faruk Tanrıöver qardaşı İbrahim Halil Tanrıöveri yatağında tapança ilə vuraraq öldürüb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Bodrumdan ailəsini ziyarət etmək üçün Qaziantepə gələn İbrahim Halil Tanrıöveri narkotik aludəçisi olduğu bildirilən qardaşı tərəfindən yatarkən güllələnib.

Hadisə Qaziantepin Karataş məhəlləsində baş verib. Ailəsini ziyarətə gələn mexanika ustası İbrahim Halil Tanrıöver gecə yatıb, qardaşı Ömər Faruk Tanrıöver isə otağa daxil olub.
Psixoloji problemləri olan Ömər Faruk Tanrıövər naməlum səbəbdən qardaşına tapança ilə 3 dəfə atəş açıb.


Xəbərdarlıqla hadisə yerinə göndərilən tibb işçiləri İbrahim Halil Tanrıövərin öldüyünü müəyyən ediblər.

5 uşaq atası İbrahim Halil Tanrıövərin cansız cəsədi müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib.

Polis Ömər Faruk Tanrıöveri saxlayıb.

Turan