Tovuzda mikroavtobus maneəyə çırpılıb

Tovuz şəhərində marşrut xətti üzrə hərəkət edən mikroavtobus maneəyə çırpılıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.