Gədəbəydə iki avtomobil toqquşub

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hərəkətdə olan “Niva” və “Opel” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.