Avtomobilin  açarını vermədiyi üçün anasını öldürüb - FOTO

Türkiyənin Samsun şəhərinin Ayvacık rayonunda 2 gün əvvəl anası Melek Baştürkü güllələyərək öldürən V.S.K. həbs edilib, atası K.K isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, həyat yoldaşından boşanan Melek Baştürklə birlikdə yaşadığı oğlu V.S.K. arasında mübahisə düşüb. Bu zaman  V.S.K tapança ilə anasına atəş açıb. Mələk Baştürk hadisə yerində dünyasını dəyişib.

Hadisədən sonra qaçan V.S.K. həmin gün axşam saatlarında atası ilə jandarmaya təslim olub. Atası ilə birlikdə nəzarətə alınan V.S.K. dünən əməliyyatlardan sonra Çarşamba Ədliyyəsinə aparılıb. V.S.K. məhkəmənin hökmü ilə  həbs olunub,  atası K.K. isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

V.S.K. ifadəsində bildirib ki,  avtomobilin açarını vermədiyi  üçün mübahisə zamanı anasını  öldürüb.

Melek Baştürk yarılma əməliyyatlarından sonra yaxınları tərəfindən qəbul edilərək ailə qəbiristanlığında dəfn edilib.

Turan