Adam çılpaq halda zeytun çəninə girdi, aləm qarışdı

Manisada bir şəxs çılpaq halda  zeytun çəninə girib. Həmin anların sosial mediada reaksiyası ilə Kənd Təsərrüfatı və Meşə Nazirliyi araşdırmaya başladığını açıqlayıb. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, videoda çılpaq halda zeytun çəninə  girən Məhərrəm İ.-nin insan sağlamlığına yaraşmayan şəkildə zeytunu ayaqladığı görünür.

Videonun sosial şəbəkələrdə yayılmasından sonra Kənd Təsərrüfatı və Meşə Nazirliyi açıqlama verərək bu hərəkəti pisləyib.

Kənd Təsərrüfatı və Meşə Nazirliyinin bəyanatından sonra polis qrupları  dərhal  hərəkətə keçib. Qruplar zeytun çəninə girən Məhərrəm İ.-ni Manisanın Akhisar rayonunun Hacı İshak rayonunda tutaraq saxlayıb.

Məhərrəm İ.-nin polis bölməsində dindirilməsi  davam edir.
 
Turan