Yaralı atı yanğınsöndürənlər helikopterlə aparıblar

ABŞ-ın Kaliforniya ştatında sahibinin gəzintiyə çıxardığı Sobe adlı at yamacdan yıxılaraq yaralanıb. 


Sherg.az xarici mediaya istinadən xəbər verir ki, yerdən qalxa bilməyən atı yanğınsöndürənlər helikopterlə aparıblar. Həmin anlar kameralar tərəfindən lentə alınıb.

Turan