Elektrik cərəyanı vuran leyləyi xilas etdilər

Türkiyənin Amasiya şəhərində elektrik cərəyanı vuran leyləyə yanğınsöndürənlər müdaxilə edib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki,   elektrik naqillərindəki cərəyandan leylək yerə düşüb.

Ətrafdakıların xəbəri üzərinə bölgəyə gələn Amasya Bələdiyyəsi Yanğınsöndürmə Müdirliyi qrupları yerdə dayanmış leyləyi götürərək Amasya Təbiəti Mühafizə və Milli Parklar Şöbə Müdirliyinə təhvil verib.

Müalicə olunacaq leylək sağaldıqdan sonra təbii mühitinə buraxılacaq.

Turan